HOST divarına dəstək ol !
menyu  
  Baş səhifə
  Səsvermə
  RaP xəbərlər
  RaP-in yaranması haqqında
  H.O.S.T
  H.O.S.T un üzvlərinin həyatları
  QaraQanın " A " romanı
  Qaraqanın hekayələri
  Azəri reperlərin həyatları
  Xarici reperlərin həyatı
  RYDER (vəfat edib)
  Online
  RadicaL
RaP xəbərlər

AiD – ilə müsahibə. 1) 100.000dən çox baxış sayı toplamış “Bəlkə də Nə vaxtsa”, “Hekayəm” və növbədə fırlanır “Karusel”. Yeni klipin uğuru, çəkilişin gedişatı haqqında bilmək maraqlı olardı. Rekord baxış sayı üçün yüksək səviyyəli klip vacib deyil. Müğənnilərimiz klip üçün xaricə də gedirlər, 30-40 min manat pul da xərcliyirlər və beləcə 1 il keçir. Nəticədə klip 1 ilə 30 min baxış yığır. Həmin 1 il ərzində isə havaodsutorpaqtv kanalı 1 milyon baxış toplayır=) Karuselə gəldikdə isə, klip ürəyimcədi. Rejissor işi başda olmaqla aktyorlar işıq montaj və s. 2) “Necə oldu HOSTa qatıldız, Nə üçün məhz AiD, Repə nə vaxt başladınız” kimi sualların cavablarını artıq əzbərləmişik Bu dəfə tamam fərqli sualın cavabın bilmək istərdik. Əlbəttə ki, gənc yaşda birdən-birdə tamam fərqli bir həyat tərzinə (yəni rep, konsertlər, müsahibələr, tənqidlər, təriflər, fərqli və tanımadığınız insanlar tərəfindən sevilmək, yaxud da nifrət edilmək və s.) keçid müəyyən çətinliklər yarada bilərdi. Bu yolda ilk addımlarınızda çətinliklər oldu mu? Buna dəyişiklik deməzdim. Uşaq vaxtı həyətdə futbol meydançasında maşınını saxlayanlara qarşı etdiyim hərəkətlər, böyüdükcə məktəbdə ədalətsiz müəllimlər, üniversitet, tanışlar və digər haqsızlıqlar, ümumən həyat baxışımı formalaşdırırdı. İçimdə tənqid hissi yaranmadı,sadəcə qığılcım alova çevrildi. Repə 4cü sinifdən qulaq asırdım, içimdəki HOST və Aid də yəqin elə o vaxtlardan yaranmağa başlayırdı 3) AiD və bu adın yanında hərdən Vecsiz sözünə də rast gəlirik. Niyə bu qədər vecsizlik? Bu soyuqqanlılığın bir formasıdır. Xasiyyətim belədir. Həyata vecsiz yanaşanda hər şey daha aydın görünür, emosiyalar baxış çərçivəsini daraltmır. Belə daha yaxşıdı, bunu seçməmişəm sadəcə beləyəm =) 4) Bilirik ki, ümumiyyətlə HOST ailəsi eyni düşüncəli və yaxın dostlardan ibarətdir. Ona görə də dostlar əhatəsində işləmək və istirahət çox rahat və maraqlı olar. Ümumilikdə boş vaxtlarda, adətən məşğuliyyətiniz nə olur? Xoşbəxt insan o adamdır ki xobbisi elə onun işi olsun. Mən buna nail olmağa çalışıram, Santexnik talantı hamıda yoxdur, kimdə varsa onunla da dolanır, həmçinin həkimlər,bərbərlər ustalar və s. Mən də öz istedadımın hesabına yaşamaq istəyirəm. Belə olanda ortaya keyfiyyətli işlər çıxır. Yəni 8 saatlıq iş rejimindən çıxıb evə gəlsəm çətin ki Karusel gücündə trek yaza bilim =) 5) İlk klipindəki futbol topu çoxlarına qəribə və mövzudankənar görsənmişdi, amma indi ən az rep qədər futbola da maraqlı olduğunu hamı bilir. Bu iki sevimli peşəni “birləşdirmək” – klipdə və ya sırf trekdə, fikrin var? Futbol, əsasən də top həyatımın bir hissəsidir. Gələcəkdə ola bilər futbolla bağlı layihələrdə iştirak edim. Yaz fəsli üçün ola bilsin topla bağlı bir festival təşkil edim. Hələ dəqiq deyil. 6) Bildiyimə görə, kinomansan. Hansı filmləri sevirsən? Son vaxtlar seriallara baxmağa başlamışam. “Pobeq iz Tyurmi” mənim üçün demək olar ki etalona çevrildi. Tarixi, dramatik filmləri də sevirəm. Amma Tvvilight kimi filmlərdən elə də xoşum gəlmir. Hiss edirəm ki bunu çəkənlər izləyicini aldadırlar =) 7) Bəs filmə çəkilsən hansı rolu istiyərdin? Narkoman rolunu =) 8) Niyə məhz? Bilmirəm, həyatda pis vərdişlərdən çox uzağam əslində. Amma psix və ya narkoman rolunda oynayardım. Filmdi də, həyat deyil ki)) 9) 2 məşhur köynəyin var idi ki, üzərində də məşhur filmlərin əsas simalarından – Toni Montano və Joker. Hər iki obraz aqressiya, dəlisovluqla seçilirlər. Nə üçün məhz onlar? Bəyəndiyin obrazlardır, yoxsa sadəcə təsadüf? Yəqin elə əvvəlki suala cavabımla bağlıdı. Bu tip obrazlar həyat tərzimdən uzağdı. O boşluğu da reallıqla doldurmaqdansa filmlə doldurmağ daha etibarlıdır =) 10) “Mənim sevgilim, sən hamıdan gözəlsən” Bunu yalnız Karuseldə eşitmişik. Bəs şəxsi həyatında da bu sözləri dediyin bir kimsə var? Əmin ol ki, sənə vurğun qız fanatların üçün bu sualın cavabı çox maraqlı olardı. Hələ ki yoxdur. Yəni ki səmimi qəlbdən dediyim yoxdu =) 11) Çox ürək qırırsan? Yox, məqsədyönlü şəkildə etmərəm bunu. Kiminsə ürəyini qırmış olsam günahkar mən yox onların taleyidir yəqin ki. Həmçinin də əksi. 12) Facebookda səhifən 7000dən çox insan tərəfindən bəyənilib. Özün sosial şəbəkələrdən aktiv istifadə edirsən? Daha çox Feysbuk və twitterdən istifadə edirəm. Bir ara hamıya açıq idi profilim, amma bu sıxdı məni və indi ancaq tanışlarla əlaqə saxlıyıram. 13) Hal-hazırda sosial şəbəkələr, xüsusilə Facebook çoxlarının həyatında mühim yer tutub. Günlərini mənalı və ya mənasız yerə orda keçirənlər var, sırf tanışlıq və ya hansısa səhifələr (əsasən, fotoqrafiya) açmaq üçün orada olanlar da az deyil. Bütün bunlara münasibətin necədir? Bu biraz acınacaqlıdır. Mən 14 yaşımda tikintidən və ya qonşu məhəllələrdən tonqal üçün taxta oğurlayırdım, müxtəlif kiçik party və tədbirlər həyata keçirirdim. İndi isə 14 yaşlılar evdədirlər, feysbukda tonqal da qalıyırlar inək də saxlıyırlar. Yaxşı ki online sex gündəmdə deyil, yoxsa gələcəyimiz insanlar yox profillər olardı =) 14) Bu yaxınlarda “HipHop is dead?” adlı böyük bir proyekt gerçəkləşdi. Hər şey istədiyiniz kimi alındı? Təəssüratların... Hər şey əla idi, orda iştirak edənlərin əksəriyyəti ilə münasibətim çox yaxşıdır. Bu birlik yəqin ki hələ uzun müddət davam edəcək. 15) Növbədə nə kimi proyektlər olacaq? Növbətə Böyük konsert layihəsi var. Yeni kliplər və treklər də sözsüz ki olacaq. 16) Bəs Aid kimi fəaliyyətindən nə yeniliklər gözləyək? AiD kimi obraz və imic üzərində işləyirəm. Bundan sonra daha çox kəskin və sərt treklər üzə çıxaracam. Sevgidən yaxın gələcəkdə heç nə yazmayacam =) 17) Və sonda Tac.az haqqında fikirlərini bilmək maraqlı olar. Yeni dizaynı bəyəndin? Tam səmimi deyirəm ki yenilənmiş dizaynla “ən yaxşı” statusuna möhür vurdunuz. Təbrik edirəm.

Okaber - Müsahibə 1. Öncəliklə salam - Salam 2. Özünü qısa olaraq tanıdmağını istərdim - Okaber Rap Out Clan 3. Əsas söhbətdən öncə, boş vaxtlarında nələrlə məşğul olduğundan, maraqlarından v.s bəhs edərdin - Boş vaxtlarımda - İdman, Kitab, TV, İnternet 4. Rap Out Clan.Necə yarandı, clan hazırda kimlərdən ibarətdir, yeni kimlər daxil olub, kimlər clanı tərk edib v.s ? - Rap Out Clan – Hamının bildiyi kimi (pis çıxmasın) mənim tərəfimdən yaradılıb.Clan 9 nəfərdən Remo, Create_pro, Lans, Okaber, Brony Bro, Jino, Gambit, Ricky ve Buritodan ibarətdi. Capo ve AzadSöz şəxsi səbəblərə görə clandan ayrılıblar. 5. Niyə məhz Bax`ın ordusu ( və ya əsgərləri ) ? Anlamı nədi ? - Bu bir işləm idi MeXanizM albomuna aid və clanın a.k.a-i kimi çoxlarının yaddaşında qalıb. 6. R.O.C ilk albomu olan "MeXanizM".Alboma İntro, Outro və Bonus tracki də sayarsaq 31 track daxil idi.Bu track sayı bir qədər çox deyildi =) ? və albomda bir çox insanlarla feat. var idi.Bu cəhətdən də albom digərlərindən fərqlənirdi. - 3 il ərzində yığılan albom üçün 31 track məncə hələ azdır.Daha fərqli bir iş görmək istədik yəqinki. 7. Albomun bir müsbət xüsusiyəti də, albomda plagiat və free beat`dən istifadə olunmamasıdı. Belə albomlar AzRap`də barmaqla sayılacaq qədər azdı ama sizin indiyə kimi elə bir probleminizin olmadığını hər albomunuzda görürük =) - Plagiat və Freebaet'ə qarşı deyilik əslində. Sadəcə olaraq bizdə hələ ki buna ehtiyac yoxdu. 8. Ardınca "Street Style".Bu albomda "MeXanizM"də çalışdığınz insanların bir çoxu ilə çalışmadız və daha tez bir zamanda çıxdı.Albom necə ərsəyə gəldi ? - "Street Style" mən hərbi xidmətdə olduğum müddətdə işıq üzü görüb.Hər halda uşaqlar az raperlə duet etməyi məsləhət biliblər. 9. Əsgərlik. Yadda qalan əsgərlik xatirələrindən birini bizimlə bölüşsən sevinərdim =) - Əsgərlikdən yadda qalan AzRap`ə aid olan hissəsi Qaraqanla birlikdə getməyimiz və Brony Bronu tanımağım olub. 10. və 2011`ci ilin, bir çoxlarına görə 1, mənə görə is 2 albomundan ( "Makar10"la birlikdə ) biri.Albom həqiqətən yaddan çıxacaq albomlardan deyil.Dinlədikcə hiss edirsən ki, əsgərlikdən ürəyi dolu gəlmisən.Bu albom da beat`lər baxımından seçilir.Qısa olaraq bundan danış, tracklər haqqında isə asağıdakı suallarda daışarıq =) - Albomun beat'ləri haqqında - Özünüz gördüyünüz kimi Lans, Ctreate_pro, Cherep ve SoundLab.Sadəcə olaraq albomun daha doğrursu EP'nin tematikasi ve xarakterine uyğun seçilmiş beat'lərdi. 11. İkinci Səhifə, Bu Sadəcə Həyatdır, Qarnizon, Sizdə Boldu ( ft. Remo ) və Canavar Ünvanında tacklərində etiraz və tənqid boldu.Kimlərə qarısan və kimləri tənqid edirsən ? Açıqlaya bilərsən ? - Millətimin qarşı olduğu hər şeye və hər kəsə qarşıyam. Mən doğrunu axtarıb tapmıram, insanlar özləri onu çoxdan tapıb. Mən doğrunu yada salıram.Yazılan lazımsız diss'lər, freestyle mövzuları, heç kimə lazım olmayan sevgi mahnılarındansa bir az daha aktual mövzular yazılsa məncə daha məqsədə uyğun olar. 12. Axtarma, Rekviem, 8 Mart, Pianoçu tracklərində isə Lirika, Psixo-Lirika kategoriyasına daxil etmək olar və səndən bu tip tracklər fikrimcə çox yaxşı alınır.Bunu əla edənlə arasında Cherep`də var və siz hələ birlikdə bir track ərsəyə gətirməmisiz =). Niyə ? - Bunu səbəbi yəqin ki Cherepin AzRap`də davamlı olmamasıdır. 13. Hər Günah İz Buraxır tracki isə 8 Mart`la bərabər Storytelling tərzində çalışmalardı və bunu da AzRap`də çoxları etməyib - Bəlkə də raperlər belə mövzular yazmaq istəmir. 14. "Başlıqsız Sətirlər" kimi bir alboma bir dənə də ( ən azı ) klip yaraşar və bildiyim qədər olacaq da. Düzdü ? =) - Bəli olacaq. ''Canavar Ünvanıda" və çox gümanki "Axtarma" tracklərinə klip çəkiləcək. Tez bir zamanda. 15. Əsgərlikdən gəldikdən sonra bir çox gənc raperlərlə işlədin və dəstək oldun. Bu addımı bir çox raper etmir ama sən etdin və buna görə də böyük Respect düşür sənə . Çalışdığın yeni raperlər arasında səncə ən yaxşısı hansıdı və yenə də gənclərlə, yeni başlayanlarla birgə işlərin olacaq ? - Yeni raperlər arasında mənim fikrimə görə ən istedadlısı Xpertdi. Qalan Synaps pro'nun raperləri isə, onlar demək olar ki hamısə köhnələrdəndir. 16. Apoacalipsis, Başlıqsız Sətirlər kimi tracklərin davamı olacaq yoxsa artıq bitdi ? - Nə qədər ki Rap Out Clan var deməli belə tracklərin davamı olacaq. 17. Okaber`in və Rap Out Clan`ın bundan sonrakı lahiələri nələrdi ? Qurupa daxil olan hər bir MC solo albom çıxardacaq ? Birgə Rap Out Clan adı altında yeni nəsə görə biləcəyik ? - Yeni albom hazırlayıram və hal-hazırda klip işləri gedir.Buritonun və Gambitin albomları hazırlanır. Remonun ''Слезы Демона" adlı albomu demək olarki artıq hazırdı. Birgə Rap Out Clan albomu da olacaq. 18. Sualları cavablandırdığın üçün sənə böyük təşəkkür edirəm və bol-bol uğurlar arzulayıram - Sizə də Təşəkkürlər. Çox sağolun.
Qaraqan - Əllər Yeni sinql / 2011
 
menyu  
 

Nəya qulaq asırsız?
lirika?
rap?
muğam?
rock?

(View results)


 
Bugün 4 visitors (6 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol