
17.10.2010 cu il. Gecə saat 02:00 radələri. KLAN A PLAN tarixində qara misralarla yazılmış ən aci bir gьn. Qrupun üzvü Rüfət Əfəndiyev Məcid oğlu (Ryder) ömrünün 26 cı yaşında gözlərini əbədi olaraq yumdu. Bu xəbər hamıya xüsusən də onun valideynlərinə və KLAN A PLANın üzvlərinə, Ramilə, Anara, Azərə, və Rəsula gцzlənilməz zərbə vurdu. Onun ölüm anına şahid olan qrupun sənət dostu Sahib, Rüfətin vəfatıyla hələ də barışa bilmir. Bəzi saytlarda qondarma yalanlara, şayələrə görə o sevgilisi ucbatından dünyasını dəyişib. Amma bu ona qarşı olan hörmətsizlikdi. Rüfət qıza görə yox sadəcə öz əcəliylə dünyadan köcdü. Tibbi ekspertizanın rəyindən sonra bilindi ki, Rüfətin ürəyində xəstəlik var imiş. Sadəcə özünü göstərməyən gizli xəstəlik. Maraqlısı da o idi ki, Rüfətimiz saglam həyat tərzi sürür və hec nədən şikayət eləmirdi. O bu xəstəlikdən xəbərsiz idi. Pis və bədənə zərər verən (siqaret, icki, narko və s) vərdişlərdən kənar idi Rüfət. O bizə nümunə idi. ölüm təkcə ona yox hamımız üçün haqqdır. Əfsus ki, bu haqq bizim dostumuzun qismətinə vaxtından qabaq yazılıbmış. Azərbaycan repində coxlu əməyi olan Rüfət gözəl vokal səsə malik bir bəstəkar, reper və oranjımançı idi... Azərbaycanda R&B janrının tam olmayan dövründə o bunu zorla da olsa dinləyici kütləsini maarifləndirməyə calışırdı. Reper ola ola başqa janrlarda da treklər yazıb və ölkənin gənc və tanınmış mügğəniləri ilə işləməyi də hər kəs bacarmadıqda, Rüfət bunun öhdəliyindən gözəl gəlirdi. O ətraflı istedada malik idi. Rüfətin 20 illik dotu olan Klan A Plancı Anar (Carusonun) sözü olmasın: - Hələ yaramız, dərdimiz isti istidir. - Biz Qardaşımızın yoxluğunu bir azdan hiss edəcəyik. - Amma onda da o hisslər daha da dərin və üzücü olacaq... Bu gün biz onun xatirəsini anır və onun yoxluğuyla barışa bilmirik. ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN RÜFƏT QARDAŞIMIZ! RUHUN ŞAD OLSUN! BİR DƏ ÇOX SAĞ OL Kİ, BİR ÖMÜRLÜK HƏYATIMIZIN GƏNCLİK XATİRƏLƏRİNİ ÖZ VARLIĞINLA BƏZƏDİN. SƏN UNUDULMAYACAQSAN!