HOST divarına dəstək ol !
menyu  
  Baş səhifə
  Səsvermə
  RaP xəbərlər
  RaP-in yaranması haqqında
  H.O.S.T
  H.O.S.T un üzvlərinin həyatları
  QaraQanın " A " romanı
  Qaraqanın hekayələri
  Azəri reperlərin həyatları
  Xarici reperlərin həyatı
  RYDER (vəfat edib)
  Online
  RadicaL
H.O.S.T un üzvlərinin həyatları

1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi - atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası isə evdar qadın idi. Uşaqlığdan çox aktiv həyat tərzi sürmüş Mete, məktəb yaşlarında bir çox müsabiqələrin iştirakçısı olub, ya tək, ya da topladığı komandalar ilə daim uğurlar qazanmışdır. Bir neçə şəhərdaxili və ölkədaxili müsabiqələrin diplomantı olmuşdur. Orta Məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 3-cü sinfdən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib. Məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinə qəbul olaraq, 2008-ci ildə "Sığorta işinin təşkili" fakultəsini bitirir.Məktəb yaşlarından Ədəbiyyata həvəsli olan Mete aşağı siniflərdən başlayaraq şeirlər yazırdı. O vaxtlar yeni tərz olan repin Azərbaycandakı nümunələrini çox həvəslə izləyirdi. Anar Nağılbaz, Dəyirman qrupu, Elşad Xose ilə yanaşı digər Azərbaycan və xarici reperlərinin ifasını dinləmək və yenilikləri izləmək üçün daim pul toplayır və onların kassetlərini alırdı.2000-ci ildən rep yazmağa, 2004-cü ildən peşəkar şəkildə replə məşğul olmağa başlayır.
Elxan Aqşin oğlu Zeynallı 1987-ci il aprelin 3-də Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə yaranan Host qrupunun solistidir. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 3 romanın müəllifidir.
Jamal Ali 1987ci ildə Bakıda anadan olmuşdur. O doğulandan bir müddət sonra dünyada böyük dəyişikliklər başlamışdır. Berlin Divarı yıxılmış, Soyuq Savaş bitmiş, Sovet İmperiyası çökmüş, İnternet ümumi istifadəyə verilmişdir. Çəhrayı eynəklər kağız 3D eynəyi ilə, yeməklər isə mikrodalğa yeməyi ilə əvəzlənmişdir. Pullar plastik kartlara, bayramlar sms təbriklərinə sığacaq qədər kiçilmişdir. Təxmin olunur ki, o hələ ölməmişdən bir neçə il əvvəl dünya yenə böyük dəyişiklilər keçirəcəkdir. Hələliksə bu dəyişikliklərə hazır olmaq üçün mahnılar yazır. Subaydır, amma bu faktın aşkarlığı heç kəsə əlavə şans gətirmir.
 
menyu  
 

Nəya qulaq asırsız?
lirika?
rap?
muğam?
rock?

(View results)


 
Bugün 8 visitors (11 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol